Azərbaycanlı futbolçuların maşınları: "Porsche Panamera", "Maserati"...

09:45 | 08.01.2019
Azərbaycanlı futbolçuların maşınları:

Azərbaycanlı futbolçuların maşınları: "Porsche Panamera", "Maserati"...

Dünyada ən çox sevilən idman növünün futbol olması futbolçuların cibinə təsirsiz ötüşə bilməz. Sağlıqlarına qismət, yetərincə yaxşı maaş alırlar və buna uyğun da addım atırlar. Bir çox əcnəbi futbolçular var ki, qarajlarında avtomobil kolleksiyası görmək mümkündür.

Böyük əksəriyyət son modellərə üstünlük verdiyi halda, bəziləri baha qiymətə aldığı retro maşınlarıyla öyünür. Düzdü, azərbaycanlı futbolçuların bir neçə maşın saxlamaq imkanı yoxdur. Amma böhrandan sonra inandırıcı görünmür.

Vaxtilə Mahir Şükürov, Rail Məlikov, Kamran Ağayev, Vaqif Cavadov, Vüqar Nadirov kimi yığma üzvlərinin "dəmir dostları”nın qiyməti yüzminlərlə ölçülürdü. Lap dəqiq desək, azı 200 min manatlıq avtomobillərdə gəzirdilər. Belələri indi də var. Sadəcə, barmaqla sayıla biləcək qədər azdılar.

Bu gün hazırda top dalınca qaçan futbolçuların ən bahalı avtomobillərinin siyahısı ilə tanış olduz. Maraqlı gəldisə, digər oyunçuların "dəmir dostlar”ı ilə tanış olun.

Cavid Hüseynov – BMW X5
Kamran Ağayev – BMW X5
Arif Daşdəmirov – Lexus GS350
Bədavi Hüseynov – Lexus GS350
Ruslan Qurbanov – BMW 320 M3
İlqar Qurbanov – BMW 320 M3
Coşqun Diniyev – Hyundai Azera
Namiq Ələsgərov – Chevrolet Camaro
Tural Axundov – Audi Q7
Elvin Məmmədov – Jeep Grand Cherooke

football-plus.az


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM