Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

13:32 | 01.04.2023
Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

Azərbaycanlı məktəbli qız eyni vaxtda dünyanın ən nüfuzlu bir neçə universitetinin bakalavr pilləsinə qəbul olub.

Bakı-Oksford Məktəbinin şagirdi Ayla Əliyevanın ABŞ-ın Harvard, Kolumbiya və Braun universitetlərinə etdiyi müraciətlərə müsbət cavab verilib.Gənc onlar arasından Harvardi seçib.

O, SAT (Scholastic Aptitude Test) imtahanı üzrə 1550, İELTS( İnternational English Language Testing System) üzrə 8,5 bal toplayıb.

Ayla Əliyeva "Ivy League”ya daxil olan dünyanın ən nüfuzlu 8 universitetindən üçünə bakalavr təhsil pilləsi üzrə qəbul olunan ilk azərbaycanlı tələbədir.

2005-ci il təvəllüdlü Ayla Əliyeva Bakı-Oksford Məktəbində A-level proqramı üzrə təhsil alır.

Ayla Əliyevanın qardaşı İlham Əliyev də İnşaat mühəndisliyi və ümumi mühəndislik ixtisası (Civil engineering and general engineering) üzrə Texas və Vigina, ABŞ-ın bir neçə nüfuzlu universitetinə qəbul olunub.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM