28 yaşlı azərbaycanlı idmançı İlkin Eminov Türkiyənin Çanakkale şəhərində öldürülüb. Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, süni örtüklü futbol meydançasında iki qrup arasında növbə ilə bağlı mübahisə düşüb. Tərəflər daha sonradan barışmaq üçün kafedə görüşüblər. Bu zaman qruplar arasında yenidən dava düşüb və nəticədə İlkin Eminov bıçaqlanıb. Ağır halda xəstəxanaya çatdırılan gəncin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə zamanı daha 2 nəfər yüngül xəsarət alıb.
Polis 3 nəfəri şübhəli şəxs qismində saxlayıb. Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !