Azərbaycanlı hakim Avropa çempionatının final mərhələsinə təyinat alıb

19:30 | 16.05.2023
Azərbaycanlı hakim Elçin Məsiyev 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçiriləcək Avropa çempionatının final mərhələsi oyununa təyinat alıb.

FIFA referisi Şotlandiya - Fransa görüşündə ədaləti qoruyacaq.

Mayın 17-də baş tutacaq qarşılaşmada ona Elşad Abdullayev və yunanıstanlı yan xətt hakimi Konstandinos Psarris kömək edəcəklər.

UEFA U-17 Avropa çempionatının final mərhələsi 17 may - 2 iyun tarixlərində Macarıstanda keçiriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb