Azərbaycanlı hakim: "Az da olsa, dad və qoxuları hiss edə bilirəm"

22:00 | 24.04.2020
Azərbaycanlı hakim:

Azərbaycanlı hakim: "Az da olsa, dad və qoxuları hiss edə bilirəm"

"Artıq 2 gündür evdəyəm. Mənə 14 günlük karantin rejimi tətbiq olunub".

Bu fikirləri "Report"a açıqlamasında bir müddət öncə Türkiyədə koronavirusa yoluxan azərbaycanlı hakim İsa Məmmədov deyib.
Aprelin 22-də xəstəxanadan evə buraxılan 20 yaşlı referi özünü yaxşı hiss etdiyini bildirib: "Səhhətimlə bağlı hər şey qaydasındadır. Son 2 testin cavabı mənfi çıxdı. Gündən-günə daha yaxşı oluram. Dad və iybilmə qabiliyyətim də yavaş-yavaş qayıdır. Az da olsa, dad və qoxuları hiss edə bilirəm".

İ.Məmmədov deyib ki, hazırda yanında heç kim yoxdur, evdə tək qalır: "Özümü narahat hiss etsəm, xəstəxanaya zəng vuracağam, gəlib analiz götürəcəklər. Yox, hər şey yaxşı olsa, əlavə testə ehtiyac qalmayacaq".

Gənc hakimin sözlərinə görə, hazırda Gəncədə yaşayan valideynlərinin onun koronavirusa yoluxmasından əvvəlcə xəbərləri olmayıb: "Sonradan xəbər saytlarında görüb narahat olublar. Yanıma gəlmək istəsələr də, indiki məqamda bu, mümkünsüzdür. Çünki sərhədlər bağlıdır".

Qeyd edək ki, İsa Məmmədov Karabük Universitetinin Bədən tərbiyəsi və idman fakültəsində İdman idarəçiliyi ixtisası üzrə III kursda təhsil alır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM