Azərbaycanlı hakimlər Türkiyədə daha üç oyun idarə edəcəklər

18:40 | 09.01.2025
Azərbaycanlı hakimlər Türkiyədə daha üç oyun idarə edəcəklər

Azərbaycanlı hakimlər Türkiyədə daha üç oyun idarə edəcəklər

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən Azərbaycan hakimləri daha üç yoxlama oyununu idarə edəcəklər.Bu narədə AFFA-nın mətbuat xidmətindən bildirilib.
 
Yanvarın 10-da "Maqdeburq” - "Dinamo” matçında Rauf Allahverdiyev, "Novi Pazar” – "Kanvon” görüşündə Əkbər Əhmədov, yanvarın 11-də isə "Hermanştadt” - "Neftçi” qarşılaşmasında Kamran Əliyev baş hakim olacaq.

10 yanvar

15:00. "Novi Pazar” (Serbiya) – "Kanvon” U-23 (Cənubi Koreya)

Hakimlər: Əkbər Əhmədov, Teymur Teymurov, Kərim Zeynalov.

16:00. "Maqdeburq” (Almaniya) – "Dinamo” (Kiyev, Ukrayna)

Hakimlər: Rauf Allahverdiyev, Rəhman İmami, Tərlan Talıbzadə.

11 yanvar

16:00. "Hermanştadt” (Rumıniya) – "Neftçi” (Fərqanə, Özbəkistan)

Hakimlər: Kamran Əliyev, Şirmamed Mamedov, Gülnurə Əkbərzadə.

Yanvarın 8-də Rumıniyanın "Universitatya" (Kluj) və Cənubi Koreyanın "Kanvon” klubları arasında təşkil olunan yoxlama oyununun baş hakimi Əli Əliyev olub. Hakimlərin Türkiyə toplanışı yanvarın 12-də başa çatacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM