Azərbaycanlı idmançı Rusiyada həbs olunub

16:07 | 27.02.2024
Azərbaycanlı idmançı Rusiyada həbs olunub

Azərbaycanlı idmançı Rusiyada həbs olunub

Moskvanın Basmannı məhkəməsi azərbaycanlı döyüşçü Cabbar Yusifi silah satdığına görə 3 il 2 ay müddətinə azadlıqdan məhrum edib. Bu barədə TASS məlumat yayıb.

"Məhkəmə Cabbar Yusifi Rusiya Cinayət Məcəlləsinin  qanunsuz olaraq odlu silahı, onların əsas hissələrini, döyüş sursatlarını satma maddəsi ilə təqsirli bilib və üç il iki ay müddətinə azadlıqdan məhrum edilib”, - məhkəmədə bildirilib. 

Yusifi 2023-cü ilin martında yol polisi tərəfindən saxlanılıb.

Moskva Dairəvi yolunda postda dayanan yol-patrul xidməti əməkdaşları sürücünün sənədlərini yoxlamaq üçün maşını saxlamağa cəhd ediblər. Lakin məmurların göstərişlərinə məhəl qoymamaq təqibə səbəb olub. Sürücü maşını həyətlərdən birinə qoyub qaçmağa çalışıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onu saxlamaq üçün atəş açmağa məcbur olublar.

Yoxlama zamanı məlum olub ki, saxlanılan şəxs İnterpolun axtarışında olan Azərbaycan əsilli Cabbar Yusifidir.

Rusiya onu qanunsuz silah saxlama, Ukrayna isə qəsdən adam öldürmə ittihamı ilə axtarırdı. Həbs zamanı həmin şəxsin üzərindən tapança aşkar edilib.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM