Azərbaycanlı iş adamı məmurların üstünə benzin töküb yandırmaq istədi – Video

11:09 | 11.07.2019
Azərbaycanlı iş adamı məmurların üstünə benzin töküb yandırmaq istədi – Video

Azərbaycanlı iş adamı məmurların üstünə benzin töküb yandırmaq istədi – Video

Növbəti qanunsuz kafenin sökülməsi Rusiyanın Sankt-Peterburq şəhərinin Əmlaka nəzarət komitəsinin (ƏNK) əməkdaşları üçün polis bölməsinə ziyarətlə başa çatıb. Virtualaz.org "Fontanka” nəşrinə istinadən xəbər verir ki, iyulun 9-da məmurlar Cənub Sahil parkında, Doblest küçəsində yerləşən yay kafesini sökməyə başlayıblar və 47 masa, 188 stul götürüblər.

Məmurlar öz hərəkətlərinin qanuni olmasına tam arxayın olublar. 250 kvadrat metrlik ərazi şəhərə məxsusdur, icarəyə verilməyib. Lakin heç bir adı olmayan bu kafeni saxlayan fərdi sahibkar başqa cür düşünürdü.

Dövlət qurumundan verilən məlumata görə, obyekt sökülən zaman təxminən 12-15 nəfərlik dəstə kafeyə gəlib və ərazinin boşaldılmasına çalışan ƏNK əməkdaşlarına mane olmağa cəhd ediblər. "Onlar məmurları və onların qohum-əqrəbasını təhqir ediblər, fiziki güc tətbiqi ilə hədə-qorxu gəliblər, fiziki güc tətbiq ediblər”, - məlumatda deyilir.

Bundan sonra kafe sahibinin qohumu ƏNK məmularından ikisinin üstünə kanistrdən benzin töküb və yandırmaqla hədələyib. Lakin elə öz adamları onu tutub saxlayıblar.
ƏNK əməkdaşları polis çağırıblar və kafeni müdafiə edən şəxsin qanunsuz hərəkətləri ilə əlaqədar ərizə yazıblar. Qurumdan bildirilib ki, kafenin sökülməsi davam etdirilir.

Nəşr əlavə edir ki, Rusiya İstintaq Komitəsinin Peterburq üzrə idarəsi faktla bağlı RF Cinayət Məcəlləsinin 318-ci (hakimiyyət nümayəndəsinə qarşı zorakılığın tətbiqi) maddəsi ilə cinayət işinə başlayıb.
Bu gün polis əməkdaşları 28 yaşlı Nurəddin A.-nı tutublar. Məlum olub ki, Azərbaycandan gələndən sonra o, artıq 10 ildir ki, Sankt-Peterburqda yaşayır. Nurəddin fəal şəkildə fermer təsərrüfatı ilə məşğul imiş, halal məhsul istehsal edirmiş...

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb