Azərbaycanlı jurnalist faciəvi şəkildə öldü

10:54 | 28.12.2017
Azərbaycanlı jurnalist faciəvi şəkildə öldü

Azərbaycanlı jurnalist faciəvi şəkildə öldü

Türkiyənin Kocaeli vilayətində 27 yaşlı Azərbaycan vətəndaşı Seyidəli Səlimov faciəvi şəkildə ölüb.

Anews.az xəbər verir ki, S.Səlimov iş yerində metal və daş parçalarının üyüdülməsi üçün istifadə edilən qurğunun içini təmizləyərkən başqa bir əməkdaş qurğunu işə salıb. 

Səlimov həmin cihazın içində qalıb. Müdaxilələrə baxmayaraq, Seyidəli hadisə yerində dünyasını dəyişib. 

Qeyd edək ki, Seyidəli "ARB Şəki”nin əməkdaşı olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM