Noyabrın 17-də Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycana 5-6 nəfərlik erməni jurnalist səfər etməli idi. Bu səfərə cavab olaraq noyabrın 18-19-da Azərbaycan jurnalistlərinin bir qrupunun da Ermənistana gedəcəyi gözlənilir.
Lakin noyabrın 17-nə gözlənilən səfər barədə heç bir informasiya verilmədi.
Modern.az erməni jurnalistlərin Bakıya səfər edib-etmədiyi, həmçinin, azərbaycanlı jurnalistlərin Ermənistana gedib-getmədiyi barədə məlumat öyrənməyə çalışıb.
"Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev ölkədə olmadığını bildirib:
"Erməni jurnalistlərin Bakıya səfər edib-etmədiyi barədə məlumatım yoxdur. Heç özüm də ölkədə deyiləm”.
"Erməni jurnalistlərin Bakı səfəri barədə heç bir məlumatım yoxdur. Onların nə üçün gəlib-gəlmədiyinə də münasibət bildirə bilməyəcəm. Eləcə də, azərbaycanlı jurnalistlərin Ermənistana səfəri barədə məlumata malik deyiləm. Bu məsələyə hər hansı şərhim yoxdur”.
"Erməni jurnalistlərin qarşılıqlı səfəri barədə yaxın saatlarda cavabım olacaq”.
Daha sonra azərbaycanlı jurnalistlərin də Ermənistana səfər edəcəyi söylənilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !