• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Azərbaycanlı kapitan İŞİD-ə raket zərbələri endirir – VİDEO

Azərbaycanlı kapitan İŞİD-ə raket zərbələri endirir – VİDEO
08.10.2015 10:12
Xəzər donanmasının 4 gəmisi "İslam Dövləti” (İŞİD) terror təşkilatının 11 hədəfinə 26 ədəd "Kalibr” qanadlı raketi buraxıb.

Hədəflərə zərbələr endirən gəmilər arasında "Dağıstan” raket gəmisi də var.
 
Onun komandiri, əslən azərbaycanlı olan II dərəcəli kapitan Vüsal Miriyevdir.

Oxu.Az bu barədə haqqin.az-a istinadən xəbər verir.

Vüsal Miriyev 1978-ci ilin avqust ayının 27-də Azərbaycanın Səfikürd kəndində anadan olub.

1996-cı ildən Rusiya silahlı qüvvələri sıralarında xidmət edir.

F.F.Uşakov adına Baltik Hərbi-dəniz İnstitutunu bitirdikdən sonra onun təyinatı Xəzər donanmasına verilib. Burada o, 2002-ci ildən 2005-ci ilə qədər raket katerinin komandirinin yardımçısı olub, 2005-ci ildən 2010-cu ilə qədər isə raket katerinin komandiri olub. 2010-cu ildən Miriyev "Tatarıstan” keşikçi gəmisinin komandiri, daha sonra isə "Dağıstan” raket gəmisinin komandiri təyin edilib.   

2013-cü ilin avqust ayının 13-də gəmiyə Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev təşrif buyurub.

Məhz o zaman dövlət başçılarına komandir Vüsal Əliyev təqdim edilmişdi.
 
 
 
 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN-in qadın xilasediciləri - VİDEO
10:57
FHN-in qadın xilasediciləri - VİDEO
Bakıda kranla evlilik təklifi – VİDEO
10:23
Bakıda kranla evlilik təklifi – VİDEO
Bakı Beynəlxalq Avtovağzalın qarşısında yenidən sürüşmə - FOTOLAR+VİDEO
10:01
Bakı Beynəlxalq Avtovağzalın qarşısında yenidən sürüşmə - FOTOLAR+VİDEO
Bakı metrosunda vəhşilik - VİDEO
Qaynari.nfo 06:49
Bakı metrosunda vəhşilik - VİDEO
Azərbaycanlının təsbeh kolleksiyası - VİDEO
06:49
Azərbaycanlının təsbeh kolleksiyası - VİDEO
Tələbələrə şad xəbər - Video
06:45
Tələbələrə şad xəbər - Video
Bakıda “kley iyləyənlər” - VİDEO
06:44
Bakıda “kley iyləyənlər” - VİDEO
Azərbaycanın şimalında hərəkət çətinləşdi - VİDEO
06:42
Azərbaycanın şimalında hərəkət çətinləşdi - VİDEO
Polisi sürüyən sürücü tutuldu - VİDEO
06:38
Polisi sürüyən sürücü tutuldu - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol