Azərbaycanlı məşhur "qanuni oğru" 10 İL AZADLIQDAN MƏHRUM EDİLDİ

10:15 | 20.07.2019
Azərbaycanlı məşhur

Azərbaycanlı məşhur "qanuni oğru" 10 İL AZADLIQDAN MƏHRUM EDİLDİ

Minsk rayon məhkəməsi "qanuni oğru" Rəşad İsmayılovun (Rəşad Gəncinski) 10 il  müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Virtualaz.org bildirir ki, xəbəri "Sputnik-Belarus" yayıb.

Rəşad İsmayılov Rusiya vətəndaşıdır, Moskvada yaşayıb və Ukraynadakı azərbaycanlı diasporu üzrə "nəzarətçi” statusu olub. O, bir Azərbaycan və bir Belarus vətəndaşı ilə birlikdə Belarus ərazisinə qanunsuz olaraq silah-sursat keçirməkdə, narkotik dövriyyəsində ittiham olunub.

Cinayət işinin materiallarına əsasən, Rəşad İsmayılov həmin şəxslərlə birlikdə 2018-ci ilin noyabr ayında "Lexus LX570” markalı avtomobildə Rusiyadan Belarus ərazisinə keçib. Saxlanılarkən onların üzərindən iki tapança, patronlar və narkotik tapılıb.

Bundan başqa, məlum olub ki, kriminal avtoritet Belarusa saxta Rusiya pasportu ilə keçib.

İkinci təqsirləndirilən-İsmayılovun sürücüsü, Belarus vətəndaşı, hansından ki, tapança və patron aşkar edilmişdi, 8 il həbs cəzasına məhkum edilib. Bu işdə iştirak edən və üzərindən narkotik maddə tapılmış üçüncü şəxs isə 6 il həbs cəzası alıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb