Azərbaycanlı məşhur türk iş adamını qətlə yetirdi -FOTO

10:55 | 20.04.2019
Azərbaycanlı məşhur türk iş adamını qətlə yetirdi -FOTO

Azərbaycanlı məşhur türk iş adamını qətlə yetirdi -FOTO

Türkiyədə məşhur iş adamı Şahin Akça qətlə yetirilib.


Qaynarinfo yerli mediaya istinadən xəbər verir ki, iş adamı azərbaycanlı tanışı tərəfindən öldülürüb.


Şahin Akça ABŞ-da yaşayıb və hər il istirahət üçün Türkiyəyə gəlirmiş. Onun cəsədi İstanbulun Tekirdağ rayonundakı bağ evində çürümüş halda tapılıb. Polisdə verilən məlumata görə iş adamı boğularaq öldürülüb. 


O, sonuncu dəfə S.M. adlı Azərbaycan vətəndaşı ilə telefonla danışıb. Şahin Akça azərbaycanlı tanışı ilə bağ evinə gəlib. Burda isə qətlə yetirilib. Tibb ekspertizanın verdiyi rəyə görə, iş adamı təxminən 15 gün əvvəl öldürülüb.


S.M. hadisədən sonra Türkiyədən qaçıb. Türkiyə hüquq mühafizə orqanları İnterpol xətti ilə Azərbaycan vətəndaşı barəsində beynəlxalq axtarış elan edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM