Azərbaycanlı məşhurların “avtoritet” sevgililəri - FOTO

11:05 | 01.11.2017
Azərbaycanlı məşhurların “avtoritet” sevgililəri - FOTO

Azərbaycanlı məşhurların “avtoritet” sevgililəri - FOTO

Fədayə Laçının həbsinin ardından kriminal dünyanın "ulduzları” ilə sevgi yaşamış sənət adamları gündəmə gəlib.

Anews.az a24.az-a istinadən indiyə qədər "avtoritet”lərlə, adı kriminal hadisələrdə hallanan şəxlərlə eşq yaşamış məşhurlardan bir neçəsi haqqında məlumat təqdim edir:

Xatirənin "Spartak”ı

Əvvəlcə müğənni Xatirə İslamdan başlayaq. Heç kəsə sir deyil ki, ifaçı "Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifovun 8 il həbs cəzası almış "Spartak” ləqəbli oğlu İslam Yusifovla sevgili olub. Hətta o da iddia olunur ki, Xatirənin götürdüyü "İslam” təxəllüsü də məhz sevgilisinin adı ilə bağlıdır. Sadəcə, xalqın gözündən pərdə asmaq məqsədilə bu təxəllüsü mərhum Xalq artisti İslam Rzayevin adı ilə bağlayıb. Xatirə İslam özü bu sevgi barədə etiraf etməsə də, "Spartak” istintaqa ifadəsində Xatirəni 16 yaşında tanıdığını, 4 il qeyri-rəsmi yaşadıqlarını, müğənniyə külli miqdarda pul xərclədiyini bildirib: "Ona 2 ev, 30-40 min dollar cibxərcliyi, klip üçün 50 min, ofis üçün 60 min manat, "Audi Q7” üçün 40 min dollar, "Range Rover”in kreditindən 20 min dollar, bağının təmiri üçün 50 min dollar, axırda da 100 min manat pul vermişəm. Ona bir neçə daşınmaz əmlak, ev və avtomobil almışam”.

İslam Yusifov ifadəsində göstərmişdi ki, Xatirənin aldığı iki evin pulunun bir hissəsini ödəyib. Həmin evlərdən birini Xətai metrostansiyasının arxasında yerləşən "Ləpələr” MTK şirkətinin tikdiyi yeni binada, digərini isə Göy məscidin arxasında yerləşən yeni tikilmiş binadan alıb: "Xətai metrostansiyasının arxasında yerləşən binadakı mənzil 3 otaqdan ibarətdir və bildiyimə görə, anasının adınadır. Həmin evin alınması üçün 30 min dolları şirkətə ödəmişəm, 20 min isə Xatirənin özünə vermişəm. Yəni həmin evin alınması üçün 50 min dollar pul ödəmişəm”.

İslam Yusifov ifadəsində Xatirənin onu təhdid etdiyini də bildirmişdi: "2008-ci ilin iyun ayında ailə həyatı qurmağa hazırlaşdığı üçün Xatirə ilə münasibətlərimə son vermək qərarı verdim. Lakin Xatirə məni şantaj edərək münasibətlərimizin qurtarması üçün 100 min ABŞ dolları istədi. Əks təqdirdə, ailəmə və nişanlıma zəng vuraraq, aramızda olan hər şeyi danışacağını bildirdi. Buna görə də Xatirə mənə 2-3 gün vaxt verdi və məndən xarici pasportumu tələb etdi. Mən də onu sakitləşdirmək məqsədilə xarici pasportumu ona verdim. Bir qədər sonra isə 100 min dolları Xatirəyə ödəmək qərarına gəldim”. 

Cinayət işinin materiallarından o da məlum olmuşdu ki, İslam Yusifov Xatirəyə "Xalq artisti” adı verilməsi üçün Milli Məclisin deputatlarından birindən də xahiş edibmiş. Həmin deputat da istintaqa verdiyi ifadəsində qeyd edib ki, "Xalq artisti” adının verilməsi onun səlahiyyətləri çərçivəsində həll edilmir və adı ölkə prezidenti verir.
 
Xatirə İslam
 

 
 
Arif Quliyevin gəlininin "Lotu Quli”si

Xalq artisti Arif Quliyevin keçmiş gəlini də "avtoritetlə” sevgi yaşayıb. 2005-ci ildə kriminal aləmdə "Lotu Quli” ləqəbi ilə tanınmış Nadir Səlifov haqqında açılmış cinayət işində Xalq artistinin gəlinin də adı hallanıb. Bir neçə məhkumun cəzaçəkmə müəssisəsində zorlanması faktı ilə açılmış cinayət işində Arif Quliyevin gəlini zərərçəkmiş kimi tanınıb. Quli isə ittihamın qondarma olduğunu bildirib, qətiyyətlə rədd edib. "Oğru” adına ləkə gətirmək cəhdi kimi qiymətləndirib. Qeyd edək ki, 22 illik fasiləsiz həbs yatan "Lotu Quli” bu günlərdə azadlığa çıxıb.    

Arif Quliyev

 
 
 
 
Aygün Kazımovanın Quliyevi

Xatirinizdədirsə, 1998-ci ildə ACP lideri Rəsul Quliyevin qardaşı oğlu Rza Quliyev Heydər Əliyev adına hava limanında həbs olunarkən xalq artisti Aygün Kazımova gözüyaşlı vəziyyətdə telekanallara müsahibə vermişdi, eks-spikerin qohumu ilə evli olduğunu bildirmişdi. Bundan sonra mediada Rza Quliyevlə Aygün Kazımovanın tanışlığının şok tarixçəsi yayılmışdı. Deyilənlərə görə, 1994-cü ildə ölkədə çox məşhur olan bir polis rəisi Aygün Kazımovanı həbs edir. Bu həbs barəsində bölmə rəisi olan dostu Rza Quliyevə danışır. Rza Quliyev isə dostundan Aygünü azad etməyi xahiş edir. Polis rəisi isə zarafatla bunun o dövrlər üçün heç də az məbləğ olmayan 3000 dollara başa gələcəyini deyir.

Rza Quliyev həmin məbləği verərək, Aygün Kazımovanı azad etdirir. Məhz bundan sonra Aygünlə Rzanın məhəbbət macərası başlayır. Cütlük elə həmin ildən qeyri-rəsmi nikahda yaşayır. Rza Quliyev müğənniyə səhnəyə çıxmağı da qadağan edir. 1998-ci ildə ölkə rəhbərliyi ilə əmisi Rəsul Quliyevin arasında yaşanan narazılıqlardan sonra Rza Quliyev Aygün Kazımovayla birgə Türkiyəyə gedərkən həbs olunur. Rzanın həbsindən sonra Aygün Kazımova bir müddət onun yanına həbsxanaya gedib-gəlir. Lakin sonradan Xalq artistinin xüsusi xidmət orqanları ilə əlaqəli olmasından şübhələnən Rza Quliyev onu qovur və bu sevgi də orada bitir...

Aygün Kazımova

 


Mətanətin Mahiri

Əməkdar artist Mətanət İsgəndərlinin bir müddət sevgili olduğu Mahir Abdullayev qalmaqallı insan olmasa da, bu bərabərlik böyük qalmaqalla sonlanıb. Belə ki, ABU-nun sabiq rektoru Elşad Abdullayev qardaşı Mahir Abdullayevin itkin düşməsində Mətanət İsgərlinin əlinin olduğunu iddia edirdi. Yəni bu bərabərlikdə qaranlıq tərəf kimi daha çox Mətanət İsgəndərlinin adı hallanırdı. Əməkdar artist istintaqa ifadəsində sevgili olduqlarını danmasa da, Mahirin itkin düşməsində əli olması ilə bağlı ittihamları rədd etmişdi: "Abdullayev Mahir İslam oğlu ilə təxminən 1996 və ya 1997-ci ildə tanış olmuşam. Həmin vaxtdan Mahirlə aramızda dostluq münasibəti yarandı və biz tez-tez görüşməyə başladıq. Mahir incəsənət sahəsində inkişaf etməyim üçün mənə maliyyə dəstəyi də göstərib, hətta 1998-ci ilin 16-17 mart tarixlərində solo-konsertlərimi təşkil edib.

Biz bir-birimizə qarşı çox qısqanc olduğumuzdan tez-tez Mahirlə küsürdük. 02 oktyabr 2003-cü ildə AzTV-nin seçkiqabağı Dəvəçidə təşkil etdiyi konsertdə iştirak etmək üçün Mahirlə həmin rayona getmişik. Əvvəlcədən planlaşdırdığımız kimi, konsertdə çıxış etdikdən sonra Nabrana getdik. Axşam Nabrana çatdıqdan sonra hazırda yadımda qalmayan səbəbdən Mahirlə sözləşdik və bir-birimizdən küsdük. Təxminən 1 saatdan sonra artıq Bakıya qayıtmaq qərarına gəldik. Yolda Mahir and içərək məni əmin etməyə çalışırdı ki, o, məni digər qadınlarla aldatmır. Mahirin növbəti andlarının birində yanımızdakı dostu Sənan ona üstüörtülü dedi ki, "niyə yalandan and içirsən, sən Mətanəti aldadırsan axı”. Mahir Sənanın bu sözündən küsərək, "Beş barmaq” deyilən ərazidə avtomobili saxlatdırıb, yoldan keçən sarı rəngli taksiyə minib, bizdən ayrı getdi. Həmin vaxtdan sonra Mahirlə heç bir əlaqəm olmayıb. 13 oktyabr 2003-cü ildə saat təxminən 00:00 radələrində Asif mənə zəng edərək, Mahiri görüb-görmədiyimi soruşub. Mən isə Mahirlə küsülü olduğumuzu və onu təxminən 10-11 gündür ki, görmədiyimi söyləmişəm. Mahir, ümumiyyətlə, yalana meyilli insan olduğundan əvvəlcə onun itməyinə inanmadım”.    

Mətanət İsgəndərli
 
 
 
 
İlhamənin Hacısı

Mərhum Xalq artisti İlhamə Quliyevanın da kriminal dəstə başçısı kimi tanınan keçmiş DİN müvəkkili Hacı Məmmədovla sevgili olması barədə dəfələrlə yazılıb. İlhamə Quliyeva bunu inkar etsə də, Xalq artisti Aygün Kazımova mətbuta açıqlamasında onların nəinki sevgili olduğunu, hətta İlhamənin Hacı Məmmədovun bandasının üzvü olduğunu iddia etmişdi: "İlhamə Qarabulaqlı” adı ilə Qarabulaqda asılan plakatınız və adam oğurluğu ilə həbs olunan Hacı Məmmədov adlı yaxın dostunuzu, deyəsən, yaddan çıxarmısınız. Bəlkə, elə bu işlərdə sizin də əliniz olub? Yaxın dostunuzun adı da o siyahıda idi. Oğurlananlar siyahısını da unutmusunuz?”

İlhamə Quliyeva isə bu iddialarına görə Aygün Kazımovanı məhkəmə ilə hədələmişdi.

İlhamə Quliyeva
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM