Neftin qiyməti ortamüddətli perspektivdə bir barel üçün 75 dollardan artıq olacaq.
Bu fikri "Rossiya 24” telekanalına verdiyi müsahibəsində LUKOYL-un rəhbəri Vahid Ələkbərov bildirib, Oxu.Az xəbər verir.
"Neftin qiyməti yaxın müddətli perspektivdə bir barel üçün 75-80 dollardan ibarət olacaq. Bu, 3 ildən 7 ilə qədər olacaq”, - o deyib.
Ələkbərov həmçinin qeyd edib ki, 2014-cü ildə neftin qiymətinin ucuzlaşmasında əsas rolu siyasət oynamadı:
"Burada siyasət azdır, daha çox texnoloji və iqtisadi proseslər var. ABŞ-da neftin hasilatını artırmağa imkan verən proseslər. İkincisi – bu, OPEK-ə üzv olan ölkələrin mövqeyidir, onlar payız sessiyasından sonra bəyan etdilər ki, istehsalat həcmini tənzimləməyəcəklər. Belə ki, onların bazarda olan payı azalır. Bazara OPEK-ə üzv olan ölkələr tərəfindən 87% nəzarət edilir, ona görə də bazar ani reaksiya verdi”, Ələkbərov qeyd edib.
LUKOYL-un rəhbəri bildirib ki, yaxın illərdə yaxın müddətli perspektivdə neftin qiymətini proqnoz etmə imkanı verəcək tarazlıq yaranacaq.
Ələkbərov OPEK-ə üzv olan ölkələrin yaxın sammitdə neft hasilatının kvotasının azaldılması barədə qərar qəbul ediləcəyini gözləyir.
"Düşünmürəm ki, OPEK kvotaları azaltmağa doğru dəyişəcək”, - o deyib.
LUKOYL-un rəhbəri OPEK-ə üzv olan ölkələrə regionda siyasi vəziyyətlə əlaqədar "nəhəng vəsaitin” lazım olduğunu izah edib.
Bununla yanaşı, Ələkbərov əlavə edib ki, kvotanın artırılması çox güman ki, olmayacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !