Milyonlarla dollar qiyməti olan ultra lüks yaxtası- "Luna" ilə Bodrumda istirahət edən azərbaycanlı milyarder yenidən türk mətbuatının gündəminə gəlib.
İstiPress-in məlumatına görə, bu dəfə o bahalı alış-verişi ilə seçilib.
Söhbət ən məşhur kolleksioner, "sənət aşiqi" kimi tanınan azərbaycanlı 62 yaşlı Fərhad Əhmədovdan gedir. O, Marmarisdə gənc rəssam Güçlü Kadir Yılmazın bir tablosu üçün 10 min dollar ödəyib.
Tablonu Əhmədoun həyat yoldaşı Tatyana bəyənib. O, akril boya və mix media texnikası ilə 2014-cü ildə hzırlanan "Existentialis" adlı tablonu emalatxanada görüb, onun fotolarını çəkib. Ertəsi gün isə lüks yaxtanın kapitan köməkçisi F.Əhmədovun lredir kartı ilə tablonu satın alıb.
Xatırladaq ki, bir neçə ay öncə Britaniyada azərbaycanlı milyarderlərdən birinin boşanmaq üçün məhkəməyə müraciət etməsi barədə məlumat yayılmışdı.
Milyarderin adı açıqlanmasa da onun F.Əhmədov olduğu iddia edilirdi. Məhkəmənin qərarına görə, Rusiya oliqarxı keçmiş həyat yoldaşına 453 milyon funt sterlinq (təxminən 600 milyon ABŞ dolları) həcmində təzminat ödəməlidir. Bu, boşanma prosesi Birləşmiş Krallıq tarixinin ən bahalı boşanmalarından biri olmalı idi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !