Bizi xaricdə yaşayan milli iş adamlarımızın
azad torpaqlara humanitar yardım deyil, öz biznes maraqlarına sərmaye qoymaması
da narahat etməlidir. Bunu Parlamentin bu gün keçirilən iclasında deputat Zahid Oruc bildirib.
"Azərbaycanlı milyonçular da xarici vətəndaşlıqlarını
Qarabağ üçün qurban verərdilərmi? Vardanyanla müqayisə və yarış naminə deyil, azad ərazilərə investisiya
qoyub qazanmaqdan ötrü onlar qayıdışa hazırdılarmı?Hökm
deyil ki, nazir vəzifəsinə gəlsinlər, bəlkə dövlət onlara yerli hakimiyyətdə vəzifə
də tapşırar. Bəllidir ki, Qarabağ və azərbaycanlı genetikalı yüzlərlə milyonçu
var, lakin bölgə mənsubiyyətinə görə deyil, Vətən müharibəsində olduğu kimi "Böyük
qayıdış”da da bir millət kimi hərəkət etmək daha önəmlidir. Azərbaycan Ukraynadan
fərqli olaraq, BMT və ATƏT-dən, Amerika və Almaniyadan yardım gözləmir. İslam
Konfransı Təşkilatı da donorluq etmir. Belə şəraitdə xaricdə yaşayan imkanlı
soydaşların qayıdışı xüsusi təyinatlılar kimi nümunə olardı. Biz xarici milli
burjuaziyanı köçkünlər üçün ev tikməyə çağırmırıq, onların belə hüquqi öhdəliyi
yoxdur. Qarabağda qazanmaqdan ötrü Ağdamın məşhur üzüm emalı zavodlarına,
Zəngilanın, Qubadlının zəngin meyvə bağlarına investisiya gərəkdir. O üzdən dünya
azərbaycanlıları 30 illik əhdlərini unutmamalıdılar", - deputat bildirib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !