Anews.az Publika.az-a istinadən xəbər verir ki, M.Fedotov anmistiyanın Oktyabr inqilabının 100 illiyinə uyğunlaşdırmağı təklif edib.
Amnistiya sürücülər, iqtisadi və ya miqrasiya qanunvericiliyini, həmçinin kütləvi aksiyaların keçirilməsi qaydalarını pozanlara şamil edilə bilər.
"İnzibati qanun pozuntuları haqqında Kodeksimiz amnistiyayla əlaqədar cəzadan azad edilmə imkanını nəzərdə tutur. Ancaq tariximizdə belə amnistiya hələ olmayıb”, - o bildirib.
Fedotov qeyd etdi ki, artıq prezident administrasiyasına bu təşəbbüsü verib. Şura müvafiq qanun layihəsini hazırlamağa və Dövlət Dumasının müzakirəsinə tədqim etməyə hazırdır.
Rusiyada inzibati qanun pozuntuları üçün 2016-cı ildə 6,4 milyon insan cəzalandırılıb, onlardan 1,1 milyonu barəsində inzibati həbs qərarı qəbul edilib.
Qeyd edək ki, qeyri-qanuni miqrantların Rusiyadan deportasiya edilməsi ilə bağlı qanun 2012-ci il yanvarın 1-dən qüvvədədir. Rusiyanın ötən il açıqladığı rəsmi məlumata görə, azərbaycanlı miqrantlar da daxil olmaqla, ötən 4 il ərzində 120 min nəfərə yaxın miqrant miqrasiya qanunvericiliyinin pozmaqda ittiham olunaraq ölkə ərazisindən çıxarılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !