"Qaynarinfo" axşam.az-a istinadən müğənnilərin cavablarını təqdim edir:
Nadir Qafarzadə deyib ki, bu il Azərbaycanda istirahət edib: "Dünyanın hər yerində olmuşam. Getmədiyim yerlərə isə viza almalıydım. Ona da vaxt sərf etmədim. İnsan yaşa dolduqca düşünür ki, pulu xaricdə xərcləməkdənsə, vətəndə dincəlsin. Xeyri öz ölkəmizə verək".
Sevda Yahyayeva iki ildir dincəlmədiyinin əvəzini bu yay çıxdığını bildirib: "Bu il dincəlməyi bacardım. Gözəl yerlərdə oldum".
Namiq Qaraçuxurlu hələ də istirahətin onun üçün davam etdiyini söyləyib: "Bakıda istirahət etdim. Hələ də dincəlirəm. Bilmədim yay hardan gəldi, hardan bitdi".
Ayaz Qasımov isə bu yay çox gəzdiyini deyib: "Eyni zamanda işlərimlə bağlı da hazırlıqlar edirdim. Amma çox yerdə gəzdim".
Lalə Məmmədova isə heç dincəlmədiyini bildirib.
Faiq Ağayev isə "Heç dincəlmədim. Dənizdə olmadım, parkda gəzmədim. Faciəli haldır" deyib.
Murad Arif isə yayda ancaq mahnı yazdığını deyib. O bildirib ki, Stokholmda və Qubada dincəldiyini bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !