Azərbaycanlı müğənninin evindən 4,2 milyon oğurlandı

18:53 | 10.03.2019
Azərbaycanlı müğənninin evindən 4,2 milyon oğurlandı

Azərbaycanlı müğənninin evindən 4,2 milyon oğurlandı

Moskvada yaşayan azərbaycanlı müğənni Bahh Tee (əsl adı Bəxtiyar Əliyevdir) oğruların hücumuna məruz qalıb.



Anews.az Virtualaz.org-a istinadən xəbər verir ki, 8-9 mart tarixlərindən birində müğənninin yaşadığı mənzil qarət olunub.


Onun Moskvanın Veyernaya küçəsində yerləşən mənzilindən 4 milyon 200 min rubl (təxminən 108 min manat) aparılıb.


Məlumata görə, Bahh Tee hmin mənzildə kirayədə qalır.


Fakt üzrə cinayət işi açılıb, araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM