Həbsxanada yuxuda ən çox ölən qardaşımı görürdüm.
Milli.Az xəbər verir ki, bunu əməkdar artist Rəhman Rəhmanovun müğənni övladı Emil Rəhmanov Tarix Əliyevin (Tolik) rəsmi Youtube kanalında aparcılığını etdiyi "Tarix ilə səmimi" verilişində deyib.
Emil ilk dəfə gənc qardaşının faciəli ölümündən danışıb:
"Təzə tikili evdə iki metr hündürlükdə pilləkəndə məhəccər yox idi, daha doğrusu bərkildilməmişdi. Qardaşım oradan yıxılıb, başı dəydi betona öldü. 27 yaşı var idi. "Musa Nağıyev" adına xəstəxanada üç gün can verdi, üç gündən sonra dünyasını dəyişdi. Qardaşım rəhmətə getməsəydi, 3 qardaş, bir bacı idik".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !