Azərbaycanlı nazirlər ruslara uduzdu

16:00 | 05.07.2015
Azərbaycanlı nazirlər ruslara uduzdu

Azərbaycanlı nazirlər ruslara uduzdu

Azərbaycan hökumətinin futbol komandası yoldaşlıq oyununda Rusiyadan olan həmkarlarına məğlub olublar.

Görüş Bakı ətrafı "Dalğa Arena” stadionunda baş tutub və 2:6 hesabı ilə məğlub olub.

Komandaların tərkibinə hökumət üzvləri, deputatlar və idman veteranları daxil olub.

Azərbaycan komandasının tərkibinə baş nazirin birinci müavini Yaqub Eyyubov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, təhsil naziriMikayıl Cabbarov, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və başqaları daxil olub.

Rusiyanı, xüsusilə hökumət sədrinin müavini Arkadi Dvorkoviç, energetika naziri Aleksandr Novak, Şimali Qafqaz işləri üzrə nazir Lev Kuznetsov, xokkey üzrə dünya çempionu Aleksandr Oveçkin təmsil edib.

Hər bir komandada 11 nəfər olub və hər hissə 30 dəqiqə davam edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM