Azərbaycanlı oliqarx fəhlələrin maaşlarını ödədi

22:01 | 14.03.2017
Azərbaycanlı oliqarx fəhlələrin maaşlarını ödədi

Azərbaycanlı oliqarx fəhlələrin maaşlarını ödədi

Ötən gün Neftçaladakı "Azəryod" MMC-nin fəhlələrinin istehsalı dayandırmadan xəbərdarlıq tətili etmələri barədə məlumat vermişdik.

Milli.Az xəbər verir ki, Neftçalada fəaliyyət göstərən "Ekoloji Maarifçiliyə Yardım" İctimai Birliyin sədri Tanrıverdi Hüseynovun virtualaz.org-a verdiyi məlumata görə, artıq bu gün zavod fəhlələrinin yanvar ayına olan əmək haqqı borcları ödənilib, fevral ayının maaşları isə 3 gündən sonra, mart ayının 17-də ödəniləcək.

Xatırladaq ki, ötən gün səhər saatlarında zavodun 220 nəfərə yaxın fəhləsindən 150 nəfərə yaxını iş yerlərinə getməyib zavodun həyətinə toplaşaraq bayram ərəfəsi olduğu üçün dekabr ayından bəri ödənilməyən əmək haqlarını tələb etmişdilər. Onlar zavodun işi iflic olmasın deyə, zəruri istehsalat sahəsində olan həmkarlarını iş yerlərində saxlasalar da, aksiya 4 saata yaxın çəkmişdi.

"Azəryod" MMC-nin texniki direktoru Elşən Sultanov narazı fəhlələrlə görüşərək zavodun iqtisadi durumunun ağır olduğunu bildirmiş və gecikmiş əmək haqlarının 3 gün ərzində ödəniləcəyinə rəhbərlik adından söz vermişdi. Onu da qeyd edək ki, Neftçala "Azəryod" MMC Rusiyada yaşayan məşhur iş adamı, milyarder İsgəndər Xəlilova məxsusdur. Zavod texniki və kristallaşmış yod istehsal edir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM