Güney Azərbaycanda polis idarəsinə aparılan Höccət İqtisadi işgəncə nəticəsində ölüb.
Axar.az xəbər verir ki, bu barədə İqtisadinin ailəsi məlumat verib. Güney Azərbaycanın Məlikan şəhərindən olan Höccət İqtisadinin Binab Polis İdarəsinə gətirilərkən bədənində izlərin olmadığı, polis əməkdaşları tərəfindən qəddarcasına işgəncə edilərək öldürüldüyü bildirilib:
"Məhbus bir müddət əvvəl özünə xəsarət yetirdiyi üçün Binabın Xomeyni Xəstəxanasına yerləşdirilmişdi. Xəstəxanadan ona sakitləşdirici dərmanlar verilib. Bundan sonra onda müəyyən psixi pozuntular əmələ gəlib. Höccət xəstəxananı tərk etmək istədiyi üçün onunla xəstəxana məmurları arasında qarşıdurma yaranıb. Hadisə ilə bağlı Polis İdarəsinə xəbər verilib. Polis əməkdaşları xəstəxanaya müraciət edib və Höccəti saxlayıblar. Binab Şəhər Polis İdarəsinə aparılan Höccət orada nədənsə qəddarcasına işgəncə edilib və aldığı xəsarətlər nəticəsində həlak olub”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !