• $ 1.7
  • € 1.9791
  • ₽ 0.021951
  • ₺ 0.04
  • £ 2.2495

Azərbaycanlı "qanuni oğru" niyə intihar etdi?

Azərbaycanlı
29.06.2018 14:21
Bir neçə il öncə məşhur azərbaycanlı "qanuni oğru” Kiyev hava limanında intihar etdi.

Anews.az "yenicag.az”a istinadən xəbər verir ki, o zaman bu ölüm epizodu istər Rusiyada, istərsə də Azərbaycanda ajiotaj yaratdə. İntihar səbəbi də birmənalı qarşılanmadı. Eyni zamanda ölüm sirr pərdələri arxasında gizli qalsa da, sonralar hər şey bəlli oldu.

İntihar edən azərbaycanlı "qanuni oğru” kriminal aləmdə "Dadaş Bakinski” kimi tanınan Dadaş Hikmət oğlu İbrahimov idi.

Xatırladaq ki, hadisədən bir müddət əvvəl "Dadaş Bakinski” Rusiyadan deportasiya edilmişdi. Deportasiyadan bir neçə gün sonra Kiyevdəki Barispol hava limanında qanlı insident baş verib. Belə ki, Dadaş İbrahimov birbaşa uçuş zonasında siqaret çəkərkən patrul polisləri ona xəbərdalıq etmək istəyiblər. Lakin "qanuni oğru” aqressiv reaksiya verərək, əcnəbi dildə qışqırmağa başlayıb. İnsident yerinə əlavə qüvvə çağrılanda "qanuni oğru” bıçaqla digər patrul xidmətçisinin üstünə cumub. Gözlənilmədən onun kürəyinə, özünün isə boynuna, qarnına zərbələr vurub. "Dadaş Bakinski” bundan sonra yerə yıxılıb. Qanlı olaydan sonra "qanuni oğru” Barispol rayon xəstəxanasına yerləşdirilib. Onun aldığı yaralardan sonra xəstəxanada keçindiyi də ehtimallar arasındadır.

Maraqlıdır ki, kriminal avtoritetin hava limanında özünə xəsarət yetirməsinə isə "qanuni oğru” adından mərhum edilməsi ilə bağlı olub. Kriminal aləmin jarqonu ilə desək, "tarmazit” olunub. Belə ki, İstanbulda "Dadaş Bakinski”nin iştirakı ilə "sxodka” keçirilib və o, "qanuni oğru” adından məhrub edilib. Yığıncaqda "sxodka”da "Dadaş Bakinski” gürcü "qanuni oğru” Levan Sxumkskinin döyülmə səbəbini əsaslandıra bilməyib.

Bu səbəbdən onu titulu "qanuni oğru” Rövşən Lənkəranski tərəfindən əlindən alınıb. Bunu həzm edə bilməyən "Dadaş Bakinski” də intihar edib. "Dadaş Bakinski” Lənkəranski tərəfindən çox hörmət və ehtiramla qarşılanıb. Deyilənə görə, hətta Lənkəranski "sxodka”da "Bakinski”yə deyib ki, "sən bizlərdən birisən, sən "oğru”san. Amma etdiyin yanlış bağışlanmaz haldır. Əslində, belə hallarda sən onu cəzlanadırdığın kimi cəzalanmalısan. Amma buna mənim nə insanlıq, nə də şəxsiyyətim yol verir. Sən də gözəl bilirsən ki, bu aləmdə qanunları dəyişmək, pozmaq olmaz. Əməlinin səbəbini izah edə bilsən, yola salacağıq. Amma törtdiyin əməlin əsasını verə bilməsən, tacından məhrum ediləcəksən”.

"Dadaş Bakinski” də əməlinin səbəbini izah edilmədiyi üçün tacı əlindən alınaraq yola salınır. Cinayətkar aləmin qanunlarına tam riayət edən Lənkəranski onunla xoş danışaraq, sonda xoş da ayrılıb.

Qeyd edək ki, 16 aprel 1973-cü ildə Bakının Novxanı kəndində dünyaya göz açıb. Atası mərhum "qanuni oğru” Hikmət İbrahimovun ailəsində göz açan "Dadaş Bakinski”ni 2000-ci ildə MDB-də geniş nüfuz dairəsində sahib olan klassik "oğru”larda biri olmuş Sabirabadlı Hikmət, Masallı Mamedlə birgə keçirilən "sxodka”da taclandırmışdı. O, taclandırılmayana qədər məhbəs həyatı yaşamayıb. Taclanandan 5 il sonra Rusiyada həbs edilərək ilk həbs həyatı yaşamışdı.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevil və Sevinc bacılarından oriental rəqs – VİDEO
Cəmiyyət 12:28
Sevil və Sevinc bacılarından oriental rəqsVİDEO
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Cəmiyyət 12:28
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Cəmiyyət 12:04
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Azərbaycanda daha bir dəhşətli qəza
Cəmiyyət 11:56
Azərbaycanda daha bir dəhşətli qəza
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Cəmiyyət 11:52
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:51
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:50
"WhatsApp" çox mesaj yazan şəxslərə BƏD XƏBƏR
Aprel döyüşlərinin qazisinin toyundan – REPORTAJ
Cəmiyyət 11:38
Aprel döyüşlərinin qazisinin toyundan REPORTAJ
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Cəmiyyət 11:31
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol