"O səs Türkiyə”yə qatılan azərbaycanlı ifaçı Nəzrin Əfəndizadə həm ifası, həm də gözəlliyi ilə izləyənlərin diqqətini çəkib.
Anews.az xəbər verir ki, o, səhnədə mərhum müğənni Emi Uaynhausun repertuarından "Back to black” mahnısını ifa edib. Münsiflərdən Hadisə və Murad Boz ona tərəf dönüb.
Həmyerlimiz sonda Hadisəni seçib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !