Azərbaycanlı referinin idarə etdiyi güləş yarışında maraqlı hadisə - VİDEO

14:41 | 15.09.2019
Azərbaycanlı referinin idarə etdiyi güləş yarışında maraqlı hadisə - VİDEO

Azərbaycanlı referinin idarə etdiyi güləş yarışında maraqlı hadisə - VİDEO

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında maraqlı hadisə baş verib.


Anews.az "Report"a istinadən xəbər verir ki, bu, yunan-Roma güləşi üzrə 97 kq çəki dərəcəsində ABŞ təmsilçisi Treysi Qangelo Hankok və ukraynalı Nikolay Krısov arasındakı 1/16 final görüşünə təsadüf edib.


İlk hissənin son saniyələrində Hankok Krısovu döşəkdən kənara atarkən, rəqib reklam lövhəsinin üzərinə, ardınca isə qonşu döşəyə düşüb.


Qarşılaşmanı azərbaycanlı referi Asif Şirəliyev idarə edib.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti