• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı Tələbələr və Məzunlar Platforması Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı tədbirlər keçirib

Azərbaycanlı Tələbələr və Məzunlar Platforması Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı tədbirlər keçirib
09.11.2023 15:12
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) tərəfindən  ölkəmizdə, eləcə də Türkiyə, Macarıstan, Avstriya , Estoniya və Gürcüstanda 8 Noyabr - Zəfər Günü və 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Böyük qürur və iftixar rəmzi olan Zəfər Günü və Bayraq Gününə həsr olunan tədbirlərdə  azərbaycanlı və əcnəbi tələbələr, məzunlar iştirak edərək əzəli Azərbaycan  torpaqları uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. İştirakçılar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun şücaəti ilə qazanılan Zəfərin 3-cü  ildönümü münasibətilə həmrəylik və fəal təmsilçilik şüarları altında bir araya gəliblər.

Qardaş Türkiyənin İstanbul və Sivas şəhərlərində  silsilə tədbirlər təşkil edilib. Türkiyənin İstanbul şəhərində Bahçeşehir Universitetində azərbaycanlı gənclərin iştirakı ilə Qarabağda yenidənqurma mövzusunda universitetin professorlarının iştirakı ilə müzakirələr aparılıb. Sivas şəhərində Cümhuriyyət Universitetində isə azərbaycanlı gənclərin iştirakı ilə Zəfər Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Zəfər gününün tarixi, münaqişədən sonra Qarabağ və Şərqi Zəngəzurda görülən işlərlə bağlı təqdimatlar nümayiş etdirilib.

Macarıstanın paytaxtı Budapeştdə ASAP və Azərbaycan Macarıstan Məzunlar Birliyinin (AHAU) birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş "Zəfər Hiking yürüşü” keçirilib. Yürüşdə Budapeştdə yaşayan azərbaycanlı gənclərlə yanaşı, xarici ölkələrin tələbə və məzunları da iştirak edərək Macarıstanın qədim şəhərlərindən biri və eləcə də Şuşanın əkiz şəhəri adlandırılan Gyöngösi şəhərində müəyyən olunmuş marşrutla Kekestoto zirvəsinə qalxıblar. Gyöngösi və Şuşa şəhərləri müvafiq olaraq Macarıstanın və Qarabağ silsiləsinin ən yüksək zirvələrinin yerləşdiyi ərazilərdir və "Zəfər Hiking yürüşü” məhz bu marşrut üzrə hərəkəti təşkil edib. Yürüş zamanı xarici ölkələrin gənclərinə ölkəmizin tarixi, mədəniyyəti, İkinci Qarabağ müharibəsinin həqiqətləri və Zəfər Günü ilə bağlı məlumat verilib.

Estoniyanın Tartu şəhərində azərbaycanlı gənclərin iştirakı ilə Qarabağda yenidənqurma və bərpa mövzusunda müzakirə keçirilib. Müzakirədə münaqişədən sonra regionda görülən işlər, Böyük Qayıdış siyasəti çərçivəsində aparılan genişmiqyaslı layihələrlə bağlı təqdimatlar və müzakirələr baş tutub..

ASAP Avstriya nümayəndəliyi  tərəfindən Vyananın müxtəlif yerlərində azərbaycanlı gənc musiqiçilər tərəfindən Zəfər Günü münasibətilə musiqilər ifa edilərək video layihə hazırlanıb.

Gürcüstanda  yaşayan azərbaycanlı gənclərimiz Tiflis şəhərində  yerləşən Azərbaycan Səfirliyində bir araya gələrək Zəfər Gününü qeyd ediblər. Tədbirdə 44 gün davam edən haqq savaşında xalq-ordu-dövlət birliyinin möhtəşəm Qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığından, antiterror əməliyyatları zamanı qazanılan qələbədən  bəhs olunub..

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)  Gənclər Fondu, ADNSU-nun, Azərbaycan-Fransa Məzunlar Assosiasiyasının dəstəyi, ASAP və Böyük Qayıdış Gənclər Təşkilatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə 8 Noyabr Zəfər Gününə həsr olunmuş "Qarabağda yenidənqurma" mövzusunda panel müzakirəsi keçirilib. Müzakirədə ADNSU-nun rektor vəzifələrini icra edən, YAP İdarə Heyətinin üzvü Vazeh Əsgərovun, Qarabağ Dirçəliş Fondunun şöbə müdiri Pərvin Məmmədovanın, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Sarabinin, Böyük Qayıdış Gənclər təşkilatının sədri Nail Şükürovun və ASAP-ın sədr müavini Rafael Hacıbəylinin çıxışları dinlənilib. Vurğulanıb ki, bu Zəfər xalqımızın vətənpərvərliyini və qəhrəmanlığını bütün dünyaya göstərdi. Bu tarixi Zəfərin ardınca 2023-cü ilin sentyabrın 19-da Müzəffər Ordumuzun 24 saatdan az müddətdə apardığı antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan silahlı birləşmələri təslim oldu, ölkəmizin bütün ərazisində suverenliyimiz tam təmin edildi.

Sonda Zəfər tariximizə həsr olunan videoçarx nümayiş olunub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Cəmiyyət 18:06
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Cəmiyyət 17:46
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 17:00
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Tıxaclarda itirilən vaxt bir ildə 12 faiz artıb - hesabat
Cəmiyyət 16:48
Tıxaclarda itirilən vaxt bir ildə 12 faiz artıb - hesabat
Hərbiçilərin yürüşü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 16:40
Hərbiçilərin yürüşü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Müəllimlərin sertifikasiyası ilə bağlı yeni təklif
Cəmiyyət 16:20
Müəllimlərin sertifikasiyası ilə bağlı yeni təklif
Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb
Cəmiyyət 15:42
Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb
Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
Cəmiyyət 15:35
Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
Dövlət qurumlarının İT mühitinin diaqnostikasının həyata keçirilməsi XRİTDX-ə həvalə edilib
Cəmiyyət 15:05
Dövlət qurumlarının İT mühitinin diaqnostikasının həyata keçirilməsi XRİTDX-ə həvalə edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox