Azərbaycan Respublikası Gənclər
Fondunun dəstəyi ilə Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) tərəfindən ölkəmizdə, eləcə də Türkiyə, Macarıstan,
Avstriya , Estoniya və Gürcüstanda 8 Noyabr - Zəfər
Günü və 9 noyabr - Azərbaycan
Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş silsilə tədbirlər
keçirilib.
Böyük qürur və iftixar rəmzi olan
Zəfər Günü və Bayraq Gününə həsr
olunan tədbirlərdə azərbaycanlı və əcnəbi
tələbələr, məzunlar iştirak edərək əzəli Azərbaycan torpaqları uğrunda canlarından keçən şəhidlərin
əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. İştirakçılar Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun şücaəti ilə
qazanılan Zəfərin 3-cü ildönümü münasibətilə
həmrəylik və fəal təmsilçilik şüarları altında bir araya gəliblər.
Qardaş Türkiyənin İstanbul və
Sivas şəhərlərində silsilə tədbirlər təşkil
edilib. Türkiyənin İstanbul şəhərində Bahçeşehir Universitetində azərbaycanlı gənclərin
iştirakı ilə Qarabağda yenidənqurma mövzusunda universitetin professorlarının
iştirakı ilə müzakirələr aparılıb. Sivas şəhərində Cümhuriyyət Universitetində
isə azərbaycanlı gənclərin iştirakı ilə Zəfər Günü ilə əlaqədar tədbir
keçirilib. Tədbirdə Zəfər gününün tarixi, münaqişədən sonra Qarabağ və Şərqi Zəngəzurda
görülən işlərlə bağlı təqdimatlar nümayiş etdirilib.
Macarıstanın paytaxtı Budapeştdə
ASAP və Azərbaycan Macarıstan Məzunlar Birliyinin (AHAU) birgə təşkilatçılığı
ilə Zəfər Gününə həsr olunmuş "Zəfər Hiking yürüşü” keçirilib. Yürüşdə
Budapeştdə yaşayan azərbaycanlı gənclərlə yanaşı, xarici ölkələrin tələbə və məzunları
da iştirak edərək Macarıstanın qədim şəhərlərindən biri və eləcə də Şuşanın əkiz
şəhəri adlandırılan Gyöngösi şəhərində müəyyən olunmuş marşrutla Kekestoto zirvəsinə
qalxıblar. Gyöngösi və Şuşa şəhərləri müvafiq olaraq Macarıstanın və Qarabağ silsiləsinin
ən yüksək zirvələrinin yerləşdiyi ərazilərdir və "Zəfər Hiking yürüşü” məhz bu
marşrut üzrə hərəkəti təşkil edib. Yürüş zamanı xarici ölkələrin gənclərinə ölkəmizin
tarixi, mədəniyyəti, İkinci Qarabağ müharibəsinin həqiqətləri və Zəfər Günü ilə
bağlı məlumat verilib.
Estoniyanın Tartu şəhərində azərbaycanlı
gənclərin iştirakı ilə Qarabağda yenidənqurma və bərpa mövzusunda müzakirə
keçirilib. Müzakirədə münaqişədən sonra regionda görülən işlər, Böyük Qayıdış
siyasəti çərçivəsində aparılan genişmiqyaslı layihələrlə bağlı təqdimatlar və
müzakirələr baş tutub..
ASAP Avstriya nümayəndəliyi tərəfindən Vyananın müxtəlif yerlərində azərbaycanlı
gənc musiqiçilər tərəfindən Zəfər Günü münasibətilə musiqilər ifa edilərək
video layihə hazırlanıb.
Gürcüstanda yaşayan azərbaycanlı gənclərimiz Tiflis şəhərində yerləşən Azərbaycan Səfirliyində bir araya gələrək
Zəfər Gününü qeyd ediblər. Tədbirdə 44 gün davam edən haqq savaşında
xalq-ordu-dövlət birliyinin möhtəşəm Qələbə ilə başa çatmasının hər bir Azərbaycan
vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığından, antiterror əməliyyatları
zamanı qazanılan qələbədən bəhs olunub..
Azərbaycan Dövlət Neft və Sənaye
Universitetində (ADNSU) Gənclər Fondu,
ADNSU-nun, Azərbaycan-Fransa Məzunlar Assosiasiyasının dəstəyi, ASAP və Böyük
Qayıdış Gənclər Təşkilatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə 8 Noyabr Zəfər
Gününə həsr olunmuş "Qarabağda yenidənqurma" mövzusunda panel müzakirəsi
keçirilib. Müzakirədə ADNSU-nun rektor vəzifələrini icra edən, YAP İdarə Heyətinin
üzvü Vazeh Əsgərovun, Qarabağ Dirçəliş Fondunun şöbə müdiri Pərvin Məmmədovanın,
Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə
əlaqələr şöbəsinin müdiri Leyla Sarabinin, Böyük Qayıdış Gənclər təşkilatının sədri
Nail Şükürovun və ASAP-ın sədr müavini Rafael Hacıbəylinin çıxışları dinlənilib.
Vurğulanıb ki, bu Zəfər xalqımızın vətənpərvərliyini və qəhrəmanlığını bütün dünyaya
göstərdi. Bu tarixi Zəfərin ardınca 2023-cü ilin sentyabrın 19-da Müzəffər
Ordumuzun 24 saatdan az müddətdə apardığı antiterror əməliyyatı nəticəsində Azərbaycan
ərazisində qanunsuz məskunlaşmış Ermənistan silahlı birləşmələri təslim oldu,
ölkəmizin bütün ərazisində suverenliyimiz tam təmin edildi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !