Azərbaycanlı və erməni birgə iş gördülər

11:41 | 15.08.2017
Azərbaycanlı və erməni birgə iş gördülər

Azərbaycanlı və erməni birgə iş gördülər

Moskva polisi Qazaxıstan vətəndaşına qarşı quldurluq edən şəxsləri yaxalayıb.
 
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, 43 yaşlı Qazaxıstan vətəndaşı Rusiya paytaxtının Permskaya küçəsində iki nəfər tərəfindən qarət edildiyi barədə polisə müraciət edib. O bildirib ki, Moskvaya "Volvo” markalı yük maşınıyla mal gətiriblərmiş. Permskaya küçəsində avtomobil dayanacağında onlara "Volkswagen” markalı maşında iki nəfər yaxınlaşıb. Sürücünü və yoldaşının tapançayla hədələyən quldurlar onların 74 min rublunu (təxminən 2 min 100 manat) alaraq ərazini tərk ediblər.

Polis quldurların izinə düşə bilib. Hər iki şəxs Moskvanın Nejinskaya küçəsində yaşadıqları evdə yaxalanıblar. İlkin araşdırma zamanı məlum olub ki, quldurlardan biri 57 yaşlı Azərbaycan, digəri isə 28 yaşlı Ermənistan vətəndaşıdır.
Faktla bağlı cinayət işi qaldırılıb.






www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM