Azərbaycanlı zabit koronavirusdan dünyasını dəyişdi

15:37 | 20.05.2020
Azərbaycanlı zabit koronavirusdan dünyasını dəyişdi

Azərbaycanlı zabit koronavirusdan dünyasını dəyişdi

"Bu gecə zabit yoldaşlarımızdan olan, ürəyi daima Vətən sevgisilə döyünən, Qarabağımızın azadlığı naminə hər zaman özünü fəda etməyə hazır olan Rəşad Həsənov Sankt Peterburqda koronavirusdan dünyasını dəyişərək əbədiyyətə qovuşdu". 
 
Anews.az axeber.az-a istinadən xəbər verir ki, bu sözləri general-mayor Qabil Məmmədov deyib:

"Dəyərli Dostlar! 

Bu gecə zabit yoldaşlarımızdan olan, ürəyi daima Vətən sevgisilə döyünən, Qarabağımızın azadlığı naminə hər zaman özünü fəda etməyə hazır olan Rəşad Həsənov Sankt Peterburqda koronavirusdan dünyasını dəyişərək əbədiyyətə qovuşdu.
 
Rəşad yaddaşlarda çox mərd, qorxmaz, ədalətsizliyə və haqsızlığa qarşı daima səfərbər, zəiflərə arxa, özünəməxsus prinsipial baxışları ilə digərlərindən seçilən bir ləyaqətli insan kimi yadda qalacaq. Onun ürəyi həyat sevgisilə çırpınır, Qarabağın azad olunacağını çox səbirsizliklə gözləyirdi. Azərbaycanımızın xoş gələcəyi naminə hər zaman ölümə atılmağa hazır idi...

Allah rəhmət eləsin! Valideynlərinə, yaxınlarına Allah səbr versin, başımız sağ olsun deyirəm!"

Allah rəhmət eləsin!
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb