Azərbaycanlılar ermənilərə görə həbs edildi

12:45 | 25.04.2019
Azərbaycanlılar ermənilərə görə həbs edildi

Azərbaycanlılar ermənilərə görə həbs edildi

İranda erməni baş kilsəsinin önündə təhlükəsizlik qüvvələri tərəfindən həbs olunan azərbaycanlı milli-mədəni fəallardan daha 5-nin adı açıqlanıb.

Həbs olunanlar arasında Әli Novin, Rza Nәziri, Afşin Nәziri, Aydın Hacızadә, Ruhullah Heydәri kimi fəalların da olduğu bildirilib.

Qeyd edək ki, soydaşlarımızın uzunmüddətli səylərindən sonra İran hökuməti ermənilərə bu ilin 24 aprelində Türkiyənin Tehrandakı səfirliyi qarşısında mitinq keçirməyə icazə verməyib. Tehranın Kərimxan küçəsində yerləşən kilsələrində toplaşan ermənilərin başqa bir yerdə mitinq təşkil etməməsi üçün fəallar kilsənin qarşısında və ətraf küçələrdə gözləyib, başqa bir yerdə aksiya keçirəcəkləri halda bunun qarşısını almağa çalışacaqlarını bildiriblər. (axar.az)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb