Azərbaycanlılar İstanbulda qəzaya düşdü: yaralılar var - FOTO

12:18 | 15.02.2019
Azərbaycanlılar İstanbulda qəzaya düşdü: yaralılar var - FOTO

Azərbaycanlılar İstanbulda qəzaya düşdü: yaralılar var - FOTO

Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. 

"CNN Türk” hadisə zamanı ikisi qadın olmaqla, dörd nəfərin yaralanması barədə məlumat yayıb.

Yaralılardan ikisi azərbaycanlıdır. Bunlar Xəlil Hüseynov və Leyla Qəribovadır. 

Məlumata görə, Türkiyə vətəndaşı Eşper Ü.-nün idarə etdiyi avtomobil Xəlil Hüseynovun maşınına çırpılıb. Hadisə zamanı daha iki avtomobil zərər görüb. 

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırmalar aparılır.oxu.az



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb