Oktyabrın 21-də şərq mətbəxi "Yevraziya” restoranında atışma baş verib, hadisə nəticəsində cavan oğlan və qız yaralanıb, vesti-ukr məlumat yayıb.
Oxu.Az xəbər verir ki, hər şey Qafqaz görünüşlü üç kişinin arasında yaranan mübahisədən başlayıb.
"Onların azərbaycanlı olduğu ehtimal edilir. Onların birinin kimliyi müəyyən edilib. Şahidlər onların arasında söz mübahisəsinin yarandığını, sonra isə bu mübahisənin atışmaya keçdiyini söyləyiblər. Üç dəfə atəş açılıb – restoranın içində və küçədə. İlkin məlumata əsasən TT tapançasından atəş açılıb”, - patrul xidmətinin baş inspektoru Sergey Lıçman Vesti-yə danışıb.
Lıçmanın sözlərinə görə, xəsarət alan qız həmin anda müəssisənin digər tərəfində olub, güllə divanlardan keçərək onun ayağına dəyib. Oğlan da ayağndan yaralanıb, şahidlər və restoran əməkdaşları onun şübhəlilər ilə söhbət etdiyini deyiblər.
Xəbər verildiyi kimi restoranda bir qrup qafqazlı mübahisəni həll etmək üçün görüşübmüş. Onlardan biri, tərəfdaşların şirkətinin adına qeyd edilmiş maşını əzib.
Peçerski rayonu milis şöbəsinin əməkdaşları atəş açanı axtarır, iş "silah tətbiq etməklə xuliqanlıq” maddəsi ilə araşdırılacaq, bu maddəyə görə 7 il azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !