İyulun 24-də ABŞ-ın Nyu York şəhərində Ermənistan silahlı qüvvələrinin ölkəmizin Tovuz rayonu istiqamətindəki dövlət sərhədində hərbi təxribatlar törətməsi və bu təcavüzkar ölkənin Azərbaycan torpaqlarını indiyədək işğal altında saxlaması ilə bağlı etiraz aksiyası keçirilib.
Anews.az xəbər verir ki, Azərbaycan–Nyu York Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşdirilən ilk aksiya Ermənistanın BMT yanındakı daimi nümayəndəliyi önündə baş tutub. Etiraz aksiyasında 150 nəfərə yaxın soydaşımız iştirak edib. Onların arasında Amerikanın Nyu Cersi, Pensilvaniya, Massaçusets və Virciniya ştatlarından gələn azərbaycanlılar olub.
Sonra azərbaycanlı icmasının üzvləri yürüş edərək növbəti etiraz aksiyasını Ermənistanın Nyu Yorkdakı konsulluğu qarşısında davam etdiriblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !