Gürcüstanda yaşayan bir qrup azərbaycanlı gənc Tbilisi şəhərində İrana dəstək aksiyası keçirib.
APA-nın məlumatına görə, İranın Gürcüstandakı səfirliyi qarşısında keçirilmiş aksiyada iştirakçılar İranda hakimiyyət əleyhinə təşkil olunmuş etirazları pisləyib. Gənclər "Allahu əkbər, Xamenei rəhbər!" şüarı səsləndirib.
Səfirlik qarşısında eyni vaxtda İrandakı etirazları dəstəkləyən bir qrup iranlı da aksiya keçirib. Onların aksiyası "Xamenei diktator, İranı tərk et!" şüarı altında keçib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !