Azərbaycanlıları ziyarətə aparan avtobus yandı

15:03 | 10.10.2019
Azərbaycanlıları ziyarətə aparan avtobus yandı

Azərbaycanlıları ziyarətə aparan avtobus yandı

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əhvaz rayonunda Azərbaycan vətəndaşlarını Kərbəla ziyarətinə aparan avtobus elektrik naqillərinin toxunması nəticəsində yanıb.

Bunu İranın Əhvaz rayonu icra hakimiyyətinin yanğınsöndürmə və təhlükəsizlik xidmətləri idarəsinin direktoru İbrahim Qənbəri deyib.
İ.Qənbərinin sözlərinə görə, hadisə yerinə dərhal yanğınsöndürmə əməkdaşları cəlb olunub və avtobusun bütün sərnişinləri təxliyə edilib.

Hadisə zamanı bir qadın yaralanıb. Yanğın nəticəsində avtobusun 30%-i yanıb. (trend)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb