Azərbaycanlıların Ermənistana köçürülməsi məsələsi müzakirə edilmir

10:15 | 16.11.2023
Azərbaycanlıların Ermənistana köçürülməsi məsələsi müzakirə edilmir

Azərbaycanlıların Ermənistana köçürülməsi məsələsi müzakirə edilmir

Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesi çərçivəsində azərbaycanlıların Ermənistana köçürülməsi məsələsi müzakirə olunmur. Bu barədə Ermənistan mətbuatı ölkənin Xarici İşlər Nazirliyinə istinadan yazıb. 


Noyabrın 4-də Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Facebook səhifəsində video yayımlayıb və bildirib ki, Paşinyan azərbaycanlıların Ermənistana qaytarılmasına razılıq verib.
 
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal antiterror əməliyyatları keçirilməsi barəsində qərar qəbul edib. Bir gün sonra Qarabağdakı separatçı rejim ağ bayraq qaldıdaraq təslim olub. 
 
Rəsmi Bakı bəyan edib ki, silahı yerə qoyub təslim olan hərbçilər üçün Azərbaycan dəhliz yaradaraq onların Ermənistana keçməsi üçün şərait yaradacaq. 
 
Qondarma rejim sentyabrın 26-da açıqlama verərək bildirib ki, yanvarın 1-dən sepratçı rejim ləğv olunur və Qarabağ əhalisinə reinteqrasiya olması üçün təklifləri təqdim edib. 
 
Gülnar Nazimqızı 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM