Azərbaycanlıların yaşadığı rayona xüsusi təyinatlılar yeridild

15:08 | 21.10.2017
Azərbaycanlıların yaşadığı rayona xüsusi təyinatlılar yeridild

Azərbaycanlıların yaşadığı rayona xüsusi təyinatlılar yeridild

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonuna xüsusi təyinatlı polis dəstəsi gətirilib.
 
"Qafqazinfo” xəbər verir ki, yerli sakinlərin APA-nın Gürcüstan bürosuna verdiyi məlumata görə, xüsusi təyinatlıların olduğu iki avtobus artıq rayonun mərkəzindədir.
Əlavə polis dəstələrinin Marneulidə yerləşdirilməsində məqsəd seçki prosesi ilə bağlı yarana biləcək gərginliyin qarşısını almaqdır.
 
Qeyd edək ki, bu gün Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər keçirilir. Seçicilər 64 bələdiyyəyə (sakrebulo) 2058 üzv və 64 icra başçısı seçəcəklər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM