Azərbaycanlılar BMT-nin binası qarşısında etiraz aksiyası keçirib - FOTO

19:25 | 27.02.2014
Azərbaycanlılar BMT-nin binası qarşısında etiraz aksiyası keçirib - FOTO

Azərbaycanlılar BMT-nin binası qarşısında etiraz aksiyası keçirib - FOTO

Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Nyu York Azәrbaycan-Amerikan Qadınlar Assosiasiyası Ermәnistanın BMT-dәki daimi nümayəndəliyinin vә BMT Baş Assambleyasının binası qarşısında etiraz aksiyası təşkil edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aksiya iştirakçıları әllәrində Azәrbaycan, Türkiyə, Amerika bayraqları, Xocalıya ədalət tələb edən və faciәni әks etdirən plakatlar tutublar. Onlar “Ermәnistan terrorçu”, “Ermənistan uşaq vә qadın qatili”, “Ermәnistan, etdiklәrindәn utan!”, “Ermәnistan, Azərbaycandan və Türkiyәdən əlini çәk!” kimi şüarlar sәslәndirib. Mitinq çərçivəsində yerli sakinlərə və turistlərə Xocalı faciәsi haqqında broşürlər paylanıb. Aksiyaya Türk icmasının nümayəndələri də qatılaraq soydaşlarımıza dəstək nümayiş etdiriblər və bu dәhşәtli faktı bütün dünyaya çatdırmaq üçün әllәrindәn gәlәni edәcәklәrinә söz veriblər. Amerikalı yazıçı xanım Lisa Hellman Lomauro etiraz nümayişində iştirak edib. O, Ermәnistan və Azərbaycan arasındakı uzunmüddətli münaqişәnin həlli yolunda əlindən gələn köməyi göstərәcəyinә söz verib.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb