Azərbaycanlılar ermənilərlə sülh bağladılar

11:46 | 01.12.2013
Azərbaycanlılar ermənilərlə sülh bağladılar

Azərbaycanlılar ermənilərlə sülh bağladılar

Şahmat yığmamız dünya çempionatında Levon Aronyanın lideri olduğu Ermənistan kollektivi ilə üz-üzə gəlib Türkiyənin Antalya şəhərində keçirilən komandalar arasında dünya çempionatında növbəti turun oyunları keçirilib. ANS PRESS-in məlumatına görə, dünya birinciliyində mübarizə aparan yığmamız prinsipial rəqib-Ermənistan kollektivi ilə üz-üzə gəlib. Görüş heç-heçə nəticələnib. Birinci lövhədə Ermənistan yığmasının lideri Levon Aronyanla qarşılaşan Rauf Məmmədov rəqibinin oyunun gedişində əldə etdiyi üstünlüyünü heçə endirərək 127-ci gedişdə heç-heçəyə razılaşıb. Sergey Movsisyan Eltac Səfərli ilə heç-heçə oynayıb. Vladimir Akopyanın 39-cu gedişdə Nicat Məmmədovu mat etməsindən sonra Vasif Durarbəyli Qabriel Sarkisyana qalib gələrək hesabı bərabərləşdirib. Komandamız bu heç-heçədən sonra 5 xalla 6-cı yerdədir. Ukrayna 10 xalla dünya çempionatına liderlik edir. Rusiya 7 xalla ikincidir. 6-cı turda yığma komandamız ABŞ kollektivini sınağa çəkəcək. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti