Azərbaycanlılar ərzağa 3 milyard manata yaxın pul xərcləyib

12:47 | 14.04.2015
Azərbaycanlılar ərzağa 3 milyard manata yaxın pul xərcləyib

Azərbaycanlılar ərzağa 3 milyard manata yaxın pul xərcləyib

2015-ci ilin 3 ayı ərzində istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 5,8 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,6% çox əmtəə satılıb.

Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

DSK-nın məlumatına görə, satılmış istehlak mallarının 50,2%-ni ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,8%-ni qeyri-ərzaq malları təşkil edib və qeyri-ərzaq mallarının xüsusi çəkisi 2014-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2,9% bəndi artıb.

DSK elektron ticarətin vəziyyəti ilə bağlı statistikanı açıqlayıb:

Belə ki, cari ilin ilk üç ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin yanvar-mart aylarına nisbətən 1,7 dəfə artaraq 2720,0 min manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 92,7 faizini hüquqi şəxslərin, 7,3 faizini fərdi sahibkarların elektron ticarət şəbəkəsindən alıb. Elektron ticarət dövriyyəsinin 96,3 faizini qeyri-ərzaq malları təşkil edib.

"2015-ci ilin yanvar-mart aylarında ictimai iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,4% artaraq 219,9 milyon manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 93,6 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 126,3 milyon manat təşkil edib” - deyə, komitənin məlumatında deyilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM