Azərbaycanlılar etiraz aksiyası keçirəcəklər

22:49 | 31.07.2014
Azərbaycanlılar etiraz aksiyası keçirəcəklər

Azərbaycanlılar etiraz aksiyası keçirəcəklər

Dünən Dərbənddə mindən çox azərbaycanlı etiraz aksiyası keçirib. 

Bu barədə Lent.az-a Dərbənddəki mənbələrdən bildirilib. Etiraza səbəb Dağıstan respublikasının prezidenti Ramazan Abdulatipovun Dərbənd rayon administrasiyasının başçısı, milliyyətcə azərbaycanlı olan Qurban Qurbanovun işdən çıxarması olub.

 

Mənbənin bildirdiyinə görə, etiraz aksiyasını uzun sürən xahiş və yalvarışlardan sonra Q. Qurbanovun qardaşı Məhəmməd Qurbanov sakitləşdirə bilib.

 

Sabah Dərbəndin Məmmədqala kəndində hadisə ilə bağlı növbəti etiraz aksiyası keçiriləcək.

 

Qeyd edək ki, bu, R. Abdulatipovun Dərbəndəki azərbaycanlılara qarşı ikinci oxşar addımıdır. Daha əvvəl o, Dağısatanın Azərbaycandakı nümayəndəsi Məhəmməd Qurbanovu işdən çıxarmıdı.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM