Azərbaycanlılar Krımı tərk edir

16:37 | 12.03.2014
Azərbaycanlılar Krımı tərk edir

Azərbaycanlılar Krımı tərk edir

 Ukraynanın Krım Muxtar Respublikasında yaşayan azərbaycanlıların son bir neçə gündür bölgədən köçü başlayıb.Krım Azərbaycan Cəmiyyətinin sədri Rəhim Hümbətov APA-ya açıqlamasında bildirib ki, hazırda Krımda vəziyyət gərgindir və hər an silahlı qarşıdurmanın baş verməsi ehtimalı var. O qeyd edib ki, bununla əlaqədar muxtar respublikada yaşayan azərbaycanlıların Krımdan çıxarılması təşkil olunur və mümkün qədər soydaşlarımıza bölgədən çıxmaq tövsiyə edilir, bunun üçün şərait yaradılır. Hazırda dəqiq nə qədər azərbaycanlı ailəsinin Krımdan çıxdığının məlum olmadığını deyən R. Hümbətovun sözlərinə görə, köç hər gün davam edir. Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA-ya açıqlamasında vəziyyətdən xəbərdar olduqlarını söyləyib: “Krımda yaşayan azərbaycanlıların təhlükəsizliyi ilə bağlı səfirlik mütəmadi olaraq müxtəlif strukturlarla, qurumlarla əlaqə saxlayır. Çünki hazırda Krımda yaranmış vəziyyət orada yaşayan soydaşlarımız üçün təhlükəlidir”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM