Azərbaycanlılar kütləvi şəkildə Rusiyaya keçirlər

09:00 | 02.02.2015
Azərbaycanlılar kütləvi şəkildə Rusiyaya keçirlər

Azərbaycanlılar kütləvi şəkildə Rusiyaya keçirlər

Son dövrlərdə Rusiyada baş verən proseslər rublun dəyərdən düşməsi ilə nəticələnib.

Ona görə də, ticarətlə məşğul olan bəzi şəxslərin, o cümlədən, azərbaycanlıların maliyyə itkilərindən nisbətən yayınmaq üçün Rusiya ilə Azərbaycan arasında yerləşən sərhəd keçid məntəqələrinə axın etdikləri müşahidə olunur.

Ticarətlə məşğul olan bəzi şəxslər Rusiyadan aldıqları malları sərhəd keçid məntəqələrindən Azərbaycana keçirərək ölkəmizdə daha baha qiymətə satmağa çalışırlar.

Musavat.com-un məlumatına görə, hazırda Qusarda yerləşən məntəqənin önündə insan izdihamı yaşanır.

Lakin bir məqam da ondan ibarətdir ki, əvvəllər məntəqədən  50 kq mal keçirməyə icazə verilirdi. İndi isə bu normanı aşağı salıb, 10 kq ediblər.

Bu prosesdən adi vətəndaşlar daha çox əziyyət çəkirlər. Çünki, Sərhəd Keçid Məntəqəsində növbə gözləyən insanların bir qismi ticarətlə məşğul olmaq istəyənlərin sırasına daxil deyillər. Ancaq bu izdihamda onların sərhəddən keçmə imkanları məhdudlaşdırılır və onlar bundan əziyyət çəkirlər, zaman itkisinə məruz qalırlar.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM