Azərbaycanlılar Leninə heykəl qoyulmasını istəyirlər

15:16 | 22.04.2014
Azərbaycanlılar Leninə heykəl qoyulmasını istəyirlər

Azərbaycanlılar Leninə heykəl qoyulmasını istəyirlər

Bu gün SSRİ-nin qurucusu Vladimir İliç Leninin doğum günüdür. Vaxtilə Leninin heykəlləri Sovet İttifaqına daxil olan bütün müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda da var idi. Lakin SSRİ dağıldıqdan sonra həmin abidələr dağıdıldı. Azərbaycanda isə bu gün Leninin bircə heykəli belə qalmayıb. Bəs Leninin heykəlinin yenidən qoyulması istiqamətində təşəbbüslə çıxış etmək olarmı? ANNET.Az Modern.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanovun bildirdiyinə görə, postsovet məkanındakı bəzi ölkələrdə Leninin abidələri qalır. Onun sözlərinə görə, Azərbaycanda Leninin heykəllərinin tamamilə yığışdırılması heç də yaxşı hal deyil. Azərbaycan kommunistlərinin rəhbəri həmin heykəllərin taleyi ilə bağlı da suallara cavab verib. R.Qurbanov vurğulayıb ki, həmin heykəllər dağıdılmayıb. AKP sədri Leninin heykəlinin yenidən bərpası və Azərbaycanda ucaldılmasının arzusunda olduğunu da gizlətməyib. AKP sədrinin sözlərinə görə, Azərbaycanın tarixində mühüm rol oynamış şəxsiyyətlərin hamısının abidələri Bakıda və digər regionlarda ucaldılmalıdır: “Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Mir Cəfər Bağırov, Məşədi Əzizbəyov və s. şəxslərin də heykəlləri ucaldılmalıdır. Onlar bizim canlı tariximiz olub. Onların abidələrini qoymamaqla və ya götürməklə həmin insanları tarixin lənətinə çevirmək mümkün deyil. Azərbaycan hakimiyyəti həmin şəxslərin xatirəsinin əbədiləşdirilməsinə özü rəvac verməlidir. Azərbaycan kommunistlərinin birmənalı fikri və arzusu odur ki, Leninin abidəsi bərpa olunsun. Gələcəkdə Azərbaycan Kommunist Partiyası olaraq dövlət qarşısında bu məsələni qaldıracağıq”. AKP sədri öz evində Leninin xatirəsini əbədi saxlamaq üçün onun kiçik büstünü qoyduğunu da bildirib:“Evimdə Leninin Moskvadan aldığım büstü var. Bununla yanaşı, Kuba Xarici İşlər Nazirliyinin xətti ilə mənə Kuba səfiri Leninin tuncdan büstünü bağışlayıb”.ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM