Azərbaycanlılar Putinə etiraz etdilər - FOTO

14:02 | 07.03.2014
Azərbaycanlılar Putinə etiraz etdilər - FOTO

Azərbaycanlılar Putinə etiraz etdilər - FOTO

Rusiyanın Krım Muxtar Respublikasına hərbi müdaxiləsinə etiraz edən, aralarında azərbaycanlıların da olduğu kütlə ABŞ-da Ağ evin qarşısında etiraz aksiyası keçirib.ANS PRESS-in məlumatına görə, aralarında Krım tatarları və türklərin, Ukrayna əsilli amerikalılar əllərində Ukrayna bayraqları daşıyıblar. Onlar "Rusiayaya yox, Putinə yox" şüarları səsləndirən qrup əllərində "Rusiyanın imperatorluğuna yox",Putin, Ukraynadan əllərini çək" "Krıma yardım edin" kimi şüarlar yazılan plakatlar tutublar. Aksiya iştirakçıları Rusiyanın Ukrayna ilə bağlı siyasətini tənqid ediblər. Aksiya ilə bağlı olaraq polis Ağ evin qarşısında təhlükəsizlik tədbirlərini gücləndirib. Kasiya iştirakçısı oloan azərbaycanlı Elyaz Yelkənli də Rusiyanın yürütdüyü siyasətdən narahat olduğunu dilə gətirib. "Bu gün türklər olaraq Krım tatarlarının yanında olmaq üçün bura gəlmişik. Bu, türk topluluğunun borcudur. İstər Azərbaycan türkü olsun, istər qırğız olsun, istərsə də özbək olsun. Rus hücumlarını qınayırıq”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM