Azərbaycanlılar Rusiyada sement zavodu tikmək istəyirlər

20:18 | 16.12.2013
Azərbaycanlılar Rusiyada sement zavodu tikmək istəyirlər

Azərbaycanlılar Rusiyada sement zavodu tikmək istəyirlər

Azərbaycandan olan sahibkarlar Rusiyanın Tuva Respublikasında sement zavodunun inşası layihəsinə maraq göstərirlər.Gün.Az “İnfolayn” nəşrinə istinadən xəbər verir ki, respublikada sement istehsalının olmaması tikinti sektoruna və iqtisadiyyatın inkişafına mənfi təsir göstərir.Məlumata görə, problemin həlli yollarından biri Uluq-Hemski rayonunda zavodun inşasıdır. Burada sementə olan tələbat ildə təqribən 180 milyon ton təşkil edir. Hazırda sement qonşu regionlardan gətirilir.Zavodun inşası ideyası Azərbaycanın işgüzar dairələrində marağa səbəb olub. Azərbaycan sahibkarları bu məqsədlə Xayırakan kəndinə gedərək, burada obyektin tikinti meydançası ilə tanış olublar.Planlaşdırılan zavodun istehsal gücü ildə 1 milyon tonadək artırılma imkanı ilə 330 min tondur. Layihə 3 ilə reallaşdırılacaq. Zavodun tikintisi üçün 1,5 - 2 mlrd. rubl tələb olunur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM