Türkiyə mətbuatında bu ölkədə ən çox daşınmaz əmlak (torpaq və ev) alan xaricilərin adları açıqlanıb.Oxu.Az Marja-ya istinadən xəbər verir ki, Türk KİV-nin verdiyi məlumata görə, Azərbaycan vətəndaşları 2013-cü ildə Türkiyədə 911 ədəd daşınmaz əmlak satın alıblar.Azərbaycanlılar bu sayla xaricilər arasında beşinci yeri tutur.Belə ki, ötən il Türkiyədə ruslar 3 min 322 ədəd, almanlar 2 min 637 ədəd, ingilislər 2 min 455 ədəd, norveçlilər 1256 ədəd, azərbaycanlılar 911 ədəd, isveçlilər 811 ədəd, səudiyyəlilər 773 ədəd, iraqlılar 770 ədəd, küveytlilər 725 ədəd, Birləşmiş Ərəb Əmirliyinin vətəndaşları 250 ədəd mülk alıb.2013-cü ildə Türkiyədə satılan daşınmaz əmlakın 8%-i (21 min 691 ədədi) xaricilərə satılıb.Qeyd edək ki, xarici vətəndaşların daşınmaz əmlaka sahib olmalarına icazə verən “Mütekabiliyet Qanunu” çıxdıqdan sonra xaricilərin Türkiyədən daşınmaz əmlak almasında böyük artım qeydə alınır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !