Azərbaycanlılar Türkiyədən Suriyaya keçərkən saxlanılıblar

10:54 | 17.01.2015
Azərbaycanlılar Türkiyədən Suriyaya keçərkən saxlanılıblar

Azərbaycanlılar Türkiyədən Suriyaya keçərkən saxlanılıblar

"İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qatılmaq üçün Türkiyə torpaqlarından istifadə edərkən tutulan minlərlə qərbli sempatizana indi də cənubi koreyalılar əlavə olunub.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, hərəkətə keçən Türkiyə Xarici İşlər Nazirliyi vasitəsilə Cənubi Koreyanın Ankaradakı  səfirliyinə vəziyyəti bildirib.

Parisdəki terror hücumlarının ardından dünyanın gündəminə oturan xarici döyüşçülər mövzusunda mübahisə və müzakirələr sürərkən, Türkiyə İŞİD-ə qatılmaq üzrə Suriyaya keçmək istəyən xarici terrorçuların qarşısının kəsilməsi üçün ciddi səy göstərir. Yalnız Kilis bölgəsində son bir ildə çoxu Avropa ölkələrindən olmaq üzrə 200 qədər adam tutulub.
Türkiyədən Suriyaya, ya da Suriyadan Türkiyəyə qeyri-qanuni yollardan keçməyə çalışarkən tutulanlar arasında Fransa, Almaniya, Hollandiya, İsveç, İngiltərə kimi Qərbi Avropa ölkələri ilə yanaşı, Azərbaycan, Rusiya, Özbəkistan, Çin, Sudan, Nigeriya, Liviya, Qətər, Əfqanıstan, Tacikistan, Livan, İran və ABŞ vətəndaşlarının da olduğu öyrənilib. 

Bu ölkələrə son olaraq Cənubi Koreya əlavə olunub. Məlumatda qeyd edilir ki, Türkiyəyə sığınan cənubi koreyalı şübhəli, özü ilə birlikdə 18 yaşında bir yoldaşının da Türkiyəyə gəldikdən sonra qeyri-qanuni yollarla Suriyaya keçib İŞİD-ə qatıldığını etiraf edib.  

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti